• 18 Aprel 2024
logo
Türkiyəli aktrisa Fatma Girik vəfat edib

Türkiyəli aktrisa Fatma Girik vəfat edib

Türkiyəli tanınmış aktrisa Fatma Girik 79 yaşında vəfat edib.
NTV telekanalının verdiyi xəbərə görə, o, İstanbulda xəstəxanada dünyasını dəyişib.
79 yaşlı aktrisa bir müddət əvvəl döş xəstəlikləri infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.
F.Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. İlk dəfə 1957-ci ildə “Leke” filmində baş rolu canlandıran aktrisa, 1960-cı çəkildiyi "Ölüm Peşimizdə" filmi ilə daha da məşhurlaşıb. O, ümumilikdə 180-dən çox filmdə rol alıb.
Həyatının sonrakı illərində siyasətə də qədəm qoyan aktrisa 1989-1994-cü illərdə bələdiyyə başçısı kimi də çalışıb.