• 18 May 2022
logo
Dövlət Baxçalı 20 Yanvar faciəsinə görə Azərbaycan xalqına başsağlığı verib

Dövlət Baxçalı 20 Yanvar faciəsinə görə Azərbaycan xalqına başsağlığı verib

Sərhədlərimiz ayrı ola bilər, coğrafiyalarımız ayrı ola bilər, ölkələrimiz də ayrı ola bilər; amma mənbəyimiz birdir, taleyimiz birdir, savaşımız birdir, millətimiz birdir, adı da Türk millətidir.
Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə partiyasının qrup iclasında bildirib.
O, çıxışında 32 il əvvəl Bakıda baş vermiş 20 Yanvar faciəsinə də toxunub.
“20 Yanvar 1990-cı ildə Bakıda ləyaqət və hürriyyətlərinə sahib çıxmaq məqsədilə iradə əxlaqının bayraqdarlığını edən soydaşlarımıza hücum edən keçmiş Sovet İttifaqının əsgərləri, aralarında qadın və uşaqların da olduğu 143 qardaşımızı şəhid ediblər, yüzlərlə qardaşımızı da yaralayıblar. İki gün sonra 32-ci il dönümünü anacağımız Qara Yanvar və ya Qara Şənbə qətliamında şəhid olan və ayrıca Qarabağda şəhid verdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, - Baxçalı vurğulayıb.