• 19 May 2022
logo
Çavuşoğlu: “Bu gün qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür”

Çavuşoğlu: “Bu gün qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür”

“Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.
“Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - XİN başçısı qeyd edib.