• 2 İyul 2025
logo
Türkiyəli kino ulduzu Hazal Kaya Bakıya gəlir

Türkiyəli kino ulduzu Hazal Kaya Bakıya gəlir

Türkiyəli aktrisa Hazal Kaya Azərbaycana gələcək.
Kino ulduzu yanvarın 21-də keçiriləcək “Benden Ne Olur?” filminin qala gecəsində iştirak edəcək.
Filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.
Qeyd edək ki, Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə “Worlds Most Beautifuls” internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.