• 19 Yanvar 2022
logo
Çavuşoğlu TDT üzvlərini kəşfiyyat sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb

Çavuşoğlu TDT üzvlərini kəşfiyyat sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb

“Sonuncu İstanbul Zirvə Görüşündə təşkilatın adının dəyişdirilməsi tarixi addımdır və bu, əhəmiyyətli dərəcədə məsuliyyət yaradır. Bərabər şəkildə hərəkət edərək qazax qardaşlarımızın mümkün ehtiyaclarına cavab verməliyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı (TDT) XİN başçılarının videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, İstanbul Sammiti çərçivəsində təsdiqlənmiş “Türk Dünyası 2040 Vizyonu” sənədi daxili və xarici sınaqlarda lazımi birliyi, həmrəyliyi özündə ehtiva edir: “Bu çərçivədə təşkilat olaraq siyasi və iqtisadi bütövlük istiqamətində addımlarımızı sürətləndirməliyik”.
Türkiyə XİN başçısının sözlərinə görə, təbii ki, inkişaf üçün ən başlıca şərt sabitlik və təhlükəsizlikdir. Nazir təşkilat daxilində təhlükəsizlik və kəşfiyyat qurumları arasında əməkdaşlığı daha müntəzəm və institusional struktura çevirməklə bağlı çağırış edib.