• 22 Yanvar 2022
logo
Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilib, bəyanat qəbul edilib

Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilib, bəyanat qəbul edilib - TAM MƏTN - YENİLƏNİB 

Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası keçirilib.
Türk Şurasından verilən məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrlik etdiyi iclasa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Türkmənistan xarici işlər naziri Rəşid Meredov və Türk Dövlətləri Təşkilatı Baş katibi Bağdad Amreyev qatılıb.
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Qazaxıstandakı həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfalar diləyiblər, üzv ölkə Qazaxıstana və onun qardaş xalqına olan güclü dəstəklərini və həmrəyliklərini təsdiq ediblər.
Qazaxıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulanıb.
İnsanların həyatını təhlükəyə atan, ictimaiyyətin asayişi pozan, şiddətə yönəlik hərəkətlər və vandalizm aktları qınanıb.
Beynəlxalq hüququn daimi qaydalarına riayət etmənin əhəmiyyəti vurğulanıb və Qazaxıstan Hökumətinin konstitusiya quruluşunu devirməyi hədəfləyən terrorçulara, radikallara qarşı apardığı terrorla mübarizədəki hərəkətləri dəstəklənib.
“Türk Dünyası Vizyonu 2040” sənədinin beynəlxalq sınaqlar qarşısında əməkdaşlıq və qarşılıqlı yardım üçün bir rəhbər xüsusiyyətində olduğuna diqqət çəkilib.
Mövcud böhranın öhdəsindən gəlinməsi üçün ehtiyac duyulacaq şəkildə Qazaxıstan xalqının və Hökumətinin dəstəklənməsinə hazır olunduğu təsdiqlənib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qazaxıstan xalqının rifahını daha da artırmağa yönəlik islahat gündəminə dair dəstək bəyan edilib.
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası bu mövzuda yaxın əməkdaşlıq və məşvərət içərisində qalmağa qərar verib.
***
saat 12:01

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.
Təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçirilən iclasa TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları qatılıb.
Videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur.
İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.