• 24 Yanvar 2022
logo
Məşhur "Hababam"ın İlyası həbs olundu

Məşhur "Hababam"ın İlyası həbs olundu

Türkiyə "yeşilçam"ının tanınmış aktyorlarından İlyas Salmana 6 ilə qədər həbs cəzası verilə bilər.
Anadolu Baş Prokurorluğu bu barədə ittihamnamə hazırlayıb.
Bildirilib ki, aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlədib.
İlyas Salman videoda söylədiyi sözlərin cinayət tərkibi olmadığını, kimisə təhqir etmək niyyətinin olmadığını, fikir və düşüncə azadlığı çərçivəsində ifadələr işlətdiyini bildirilib.
İddianaməyə görə, onun "türk millətini alçaltmaq" maddəsi ilə 2 ildən 6 ilə qədər həbsə məhkum edilməsi istənilib. Məhkəmə ittiham aktını qəbul edib. Məhkəməyə qədər mühakimə olunacaq İlyas Salman mart ayında hakim qarşısına çıxacaq.
Qeyd edək ki, İlyas Salman bir zamanların məşhur "yeşilçam" filmlərindəki müsbət obrazları ilə tanınır. Aktyorun ən yaddaqalan obrazı "Hababam sinfi" filmindəki İlyas xarakteridir.