• 10 İyul 2025
logo
Prezident Ersin Tatar: “Kipr məsələsində iki dövlətli həll yolu mümkündür”

Prezident Ersin Tatar: “Kipr məsələsində iki dövlətli həll yolu mümkündür”

“Haqlı davamızdan vaz keçməyəcəyik”.
Bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Turk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
E. Tatar deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin arxasında Türk Dünyası var: “Siyasi anlamda təzyiqlər, təhdidlər olduğu üçün bizi tanımırlar. İqtisadi baxımdan Azərbaycan və digər ölkələrdən Şimali Kipr Türk Cümhuriyyətinə turistlərin, tələbələrin gəlməsi lazımdır. Bizim bütün sahələrdə çox bacarıqlı insanlarımız var. Biz insanlara ümid verməliyik ki, burada azad yaşaya bilərik. Tanınma sonranın məsələsidir”.
E. Tatar qeyd edib ki, Cənubi Kipr “Federal Cümhuriyyət” ideyasını qəbul etmir: “Kipr məsələsində iki dövlətli çözüm mümkündür. Avropa İttifaqında yunanlar və Cənubi Kiprin lobbisi var. Ancaq biz də gecə-gündüz çalışırıq”.