• 15 İyul 2025
logo
Ersin Tatar: “Şimali Kiprin siyasi baxımdan tanınması hazırda real görünmür”

Ersin Tatar: “Şimali Kiprin siyasi baxımdan tanınması hazırda real görünmür”

“Yunan Kipri Kiprin tək təmsilçisi olaraq Avropa İttifaqına üzv qəbul etdirilib. Məqsəd Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının qarşısını almaq olub”.
Bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
O deyib ki, yunanların xəyalı Kiprin Yunanıstana birləşdirilməsidir: “Bizim 100-dən çox dövlətlə əlaqələrimiz var. 144 ölkədən burada tələbələr var. Şimali Kipr Türk Cümhuriyyətinin siyasi baxımdan tanınması hazırda real görünmür. Hazırda məqsəd daha çox tanınmağa, iqtisadi və digər sahələrdə əlaqələri inkişaf etdirməkdir”.
Ersin Tatar qeyd edib ki, Azərbaycan xalqını çox yaxşı tanıyır: “Siz bizim gerçək qardaşlarımızsınız. Biz də əzildik, ancaq dövlətimizi qurduq, Türkiyədən dəstək aldıq. Biz savaşırıq, savaşmağa da davam edirik”.