• 29 Mart 2024
logo
Türkiyə Ordusunun 3 hərbçisi şəhid olub

Türkiyə Ordusunun 3 hərbçisi şəhid olub

İraqın şimalında Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Şimali İraqda “Pəncə-İldırım” əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində baş verib.
Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədə aşkar etdiyi hədəflərə havadan zərbələr endirib. İlkin məlumatlara görə, 6 terrorçu zərərsizləşdirilib.