• 19 Mart 2024
logo
Türkiyədə daha 198 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 198 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 317 nəfərin test edildiyi, 22 687 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 366 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 160 790 peyvənd tətbiq edilib ki, bunun 90,90 faizi birinci, 81,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.