• 16 Aprel 2024
logo
Ərdoğan Qətər Əmiri ilə görüşüb

Ərdoğan Qətər Əmiri ilə görüşüb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Dohada Qətər dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini ilə görüşüb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin verdiyi xəbərə görə, R.T.Ərdoğan Qətər Əmiri tərəfindən rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlətin lideri təkbətək görüş keçirib.
Qeyd edək ki, R.T.Ərdoğan Dohada keçiriləcək Türkiyə-Qətər VII Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak üçün dünən rəsmi heyətlə Qətərə səfər edib.
Xatırladaq ki, iki ölkə arasında bu formatda görüşün birincisi 2015-ci ildə ildə keçirilib və ticarət, enerji, təhsil, müdafiə sənayesinə qədər bir çox sahədə 80-dək müqavilə imzalanıb.
VII Yüksək Səviyyəli Strateji Komitənin iclası çərçivəsində isə 12 müqavilənin imzalanacağı gözlənilir.