• 20 Aprel 2024
logo
Türkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq istəyir

Türkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq istəyir

“F-35 təyyarəsi almamıza maneə yaradıldı. ABŞ-dan 40 ədəd F-16 döyüş təyyarəsi tələb etdik”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində bildirib.
H.Akar qeyd edib ki, Türkiyə və ABŞ Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin oktyabr-noyabr aylarında keçirilən görüşlərində Türkiyə ordusunun ehtiyac və tələbləri ifadə olunub:
“Modernləşdirilmiş yeni F-16-ların təkcə Türkiyə Silahlı Qüvvələrinin (TSK) deyil, eyni zamanda NATO-nun qüdrətlənməsinə də faydası olacağını nümayəndə heyətinin diqqətinə çatdırdıq”.
H.Akar deyib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ordusununun bu ehtiyaclarını qarşılamaq üçün ABŞ konqresinin təsdiqindən sonra mümkün olacağını bildirib:
“Əlaqələrimiz davam edir. Biz danışıqlar zamanı öz mövqeyimizi aydın şəkildə ortaya qoymuşuq.Görüşlərimizin davam etdirilməsi razılaşdırılıb. Önümüzdəki aylarda yenidən görüş keçiriləcək”.