• 19 Yanvar 2022
logo
“Cənubi Qafqazda davamlı sülh üçün fürsət yaranıb”

“Cənubi Qafqazda davamlı sülh üçün fürsət yaranıb”

Çavuşoğlu həmsədrləri Cənubi Qafqazdakı yeni reallıqları nəzərə almağa çağırıb

Bunu Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
XİN başçısı ATƏT-in Minsk Qrupu həmsədrləri və daimi üzvlərinin prosesə töhfə verə biləcəklərini qeyd edib.
“Qlobal təhlükəsizlik vəziyyəti 1975-ci ildə Helsinki Yekun Aktının imzalandığı vaxtdan bəri kəskin dəyişib. Qloballaşma nəticəsində təhlükəsizlik də qloballaşıb. Terrorçuluq, mütəşəkkil cinayətkarlıq, ksenofobiya və nizamsız miqrasiya hər yerdə artmaqdadır. Bütün bunların fonunda 50-ci illiyini qeyd edəcəyimiz Helsinki Yekun Aktı hələ də keçərliliyini qoruyur. Amma, ATƏT hələ də 1975-ci ilin əməkdaşlıq ruhundan uzaqdır. Biz aramızdakı etimadsızlıq problemini həll edərək bu əməkdaşlıq ruhunu canlandırmalıyıq. Biz ATƏT regionundakı təhlükəsizlik çağırışlarının effketiv həllinə nail olmalıyıq. Cənubi Qafqazda davamlı sülh üçün fürsət pəncərəsi yaranıb. ATƏT-in Minsk Qrupu həmsədrləri qrupun daimi üzvləri ilə birlikdə yeni reallıqlara əsaslanaraq töhfə verə bilərlər”, - deyə M. Çavuşoğlu vurğulayıb.