• 29 Mart 2024
logo
Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Bu gün Türkiyədə zəlzələ olub.
CNNturk-ün verdiyi xəbərə görə, zəlzələ İzmir şəhərinin Urla rayonu sahillərində, Egey dənizində qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 5.1 bal gücündə olan zəlzələnin yerli vaxtla saat 07:00-da baş verdiyini açıqlayıb, daha sonra isə 4.3 və 2.8 bal gücündə təkanlar da qeydə alınıb.
Dağıntıların olmadığı bildirilir.