• 23 Aprel 2024
logo
Türkiyədə bu gün koronavirusdan 213 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 213 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 213 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 350 385 nəfər test edilib, onların 21 655-nin koronavirus testi pozitiv nəticə verib, 20 007 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 114 498 peyvənd tətbiq edilib ki, bunun 90,54 faizi birinci, 81,12 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.