• 18 Yanvar 2022
logo
FETÖ-nun daha 44 üzvü həbs edildi

FETÖ-nun daha 44 üzvü həbs edildi

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.
İzmir Baş Prokurorluğu tərəfindən FETÖ-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.
Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.
Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfər yaşadıqları ərazini tərk etməmək barədə iltizamla sərbəst buraxılıb.