• 24 Aprel 2024
logo
1500 at gücünə malik ilk yerli mühərrik işə salındı

1500 at gücünə malik ilk yerli mühərrik işə salındı - Oqtay

2022-ci ildə zirehli maşınlar ilk dəfə yerli mühərriklərlə təhvil veriləcək.
Bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay deyib.
“2022-ci ildə" Hisar O+" infraqırmızı idarə olunan raket tədarükü tamamlanacaq və “Sunqur” portativ alçaq hündürlükdə hava hücumundan müdafiə raketi, “Akya” döyüş torpedası, MAM-T və “Atmaca”nın tədarükü başlanacaq. İlk 1500 at gücünə malik mühərrikimiz olan “Batu”nun alışması uğurla həyata keçirilib və onun sınaqlarına başlanılıb”, - deyə F. Oktay bildirib.