• 30 Noyabr 2021
logo
Milli fəal Yusif Sələhşurun məhkəmə iclası keçirilib

Milli fəal Yusif Sələhşurun məhkəmə iclası keçirilib

Oktyabrın 27-də Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində hakim Rza Fruğinin başçılığı ilə təbrizli milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun məhkəmə iclası keçirilib.
Yusif Sələhşurı “hökumətə qarşı təbliğat aparmaqda" və “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittihamlar olunur.
Sələhşura qarşı “hökumətə qarşı təbliğat aparmaq” ittihamına isə Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsində baxılıb və hələlik bu ittihamla bağlı qərar çıxarılmayıb.
Yusif Sələhşur 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən Təbrizdə saxlanılıb.
O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və basqılarla qarşılaşıb.
Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.
Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Gunaz.tv