• 30 Noyabr 2021
logo
Təbrizdə su böhranı daha da şiddətlənə bilər

Təbrizdə su böhranı daha da şiddətlənə bilər

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza İmanlu Təbrizdə su böhranının dərinləşə biləcəyi barədə xəbərdarlıq edib.
Əlirza İmanlu deyib ki, Araz suyunun Təbrizə nəqli layihəsi gecikdirilsə, şəhərdə su böhranı daha da şiddətlənəcək.
O, cari yağış ilində əyalətə düşən yağıntı miqdarının 220.5 milimetr olduğunu və ötən ilin oxşar dövrü ilə müqayisədə 22.2% azalma qeydə alındığını deyib.
İmanlu əyalətin Təbriz, Ocan, Səhənd, Miyana və Mərənd şəhərlərində su çatışmazlığının daha çox müşahidə edildiyini qeyd edib.
Su və Kanalizasiya Şirkətinin başçısı hal-hazırda durumun ürəkaçan olmadığını və problemin həllinə kimi sudan istifadədə əyalət sakinlərinin qənaət etməli olduqlarını bildirib.
Gunaz.tv