• 19 Aprel 2024
logo
Çavuşoğlu: “Yunanıstan XİN rəhbəri gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir”

Çavuşoğlu: “Yunanıstan XİN rəhbəri gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir”

"Yunanıstanın xarici işlər naziri uşaq kimi ağlayıb, gündə 3-4 dəfə Türkiyədən başqalarına şikayət etməsə, dayana bilmir".
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.
O, yunanıstanlı həmkarı Nikos Dendiasla dost münasibətlərinə malik olduğunu diqqətə çatdırıb.
XİN rəhbəri vurğulayıb ki, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə yönəlmiş planı pozublar.