• 30 Noyabr 2021
logo
Ərdoğan: “İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq”

Ərdoğan: “İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq”

"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.
Türkiyə dövlət başçısı ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdiyini xatırladıb.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm dəmir yol xətlərinin, həm də avtomobil yollarının çəkildiyini vurğulayıb: “İnşallah, Azərbaycanla həmrəyliyimiz bu şəkildə davam edəcək və çox qısa zamanda Azərbaycan barmaqla göstərilən ölkələr arasında öz yerini tutacaq”.
Türkiyə Prezidenti Azərbaycana minatəmizləmə avadanlıqlarının göndərildiyini diqqətə çatdırıb. Ərdoğan qeyd edib ki, minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək.