• 29 Mart 2024
logo
Ərdoğan: “Böyük ehtimalla Baydenlə Romada yox, Qlazqoda görüşəcəyik”

Ərdoğan: “Böyük ehtimalla Baydenlə Romada yox, Qlazqoda görüşəcəyik”

“Roma sammitinin gündəmi ilə Qlazqo konfransının gündəmi hazırda dəyişmiş kimi görünür. Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə Qlazqoda görüşəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bu görüşdə əsas müzakirə mövzusunun F-35 təyyarələri olduğunu qeyd edib: “Bu görüşdə əsas məsələ təbii F-35-lərlə bağlı olacaq. F-35-lərə görə 1 milyard 400 milyon dollar ödəmişik. Bu ödəmənin bizə necə qaytarılacağını da müzakirə etməyimiz lazımdır. Bununla bağlı bizə F-16-lar verilməsi barədə bəzi məlumatlar var.
Bunları da özlərindən öyrənəcəyik. Ən yuxarı səviyyədə bunu mənim təbii ki, Baydenlə danışmağım uyğun olacaq. Belədirsə, ona görə anlaşma yolu tapmış olacağıq”.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan-Bayden görüşünün oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.
Noyabrın 1-12-də isə Şotlandiyanın Qlazqo şəhərində 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) keçiriləcək.