• 4 Dekabr 2021
logo
"Güney Azərbaycan İran deyil"-Təbrizdə divarlara milli şüarlar yazıldı

"Güney Azərbaycan İran deyil"-Təbrizdə divarlara milli şüarlar yazıldı

Son günlər İran-Azərbaycan gərginliyi fonunda fars şovinist dairələrinin Azərbaycan Respublikası əleyhinə səsləndirdiyi fikirlər Güney Azərbaycanda ciddi narazılıq yaradıb.
Oktyabrın 24-də bir qrup təbrizli milli fəal son günlər özünü daha da radikal və eybəcər formada göstərən fars şovinizminə etiraz aksiyası keçirib.
Beləki Təbriz şəhərinin küçələrində divarlara fars şovinizminə cavab şüarları yazılıb.
İngilis dilində “South Azerbaijan is not İran” (Güney Azərbaycan İran deyil) qrafitləri küçə divarları, dayanacaq və reklam lövhələrinin üzərində təsvir olunub.
Baş verənlər İran rəsmilərinin, hazırkı hökumətin 13-cü dövr prezident seçkiləri ərəfəsində milli ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı verdiyi vədlərin yalan olduğu üzə çıxarıb.
Özəlliklə mədəniyyət və təhsil nazirliyinin son açıqlamaları, fars dili və mədəniyyətinin qorunmasının vacibliyi ilə bağlı çıxışları, qeyri-fars dillərinin unudulması fars şovinizminə əsaslanan idarəçilik sisteminin dəyişəcəyi ilə nikbin ehtimalların əsassız olduğunu göstərdi.
Gunaz.tv