• 19 Mart 2024
logo
Türkiyə və Gürcüstan hərbi aviasiya sahəsində əməkdaşlıq edəcək

Türkiyə və Gürcüstan hərbi aviasiya sahəsində əməkdaşlıq edəcək

Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil və onun müavini Atilla Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyə nümayəndə heyəti Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və Tbilisi Təyyarə Zavodunun (JSC Tbilaviamsheni) baş direktoru Mixeil Oğlişvili ilə görüşüb.
Tərəflərin Türkiyə və Gürcüstan arasında əməkdaşlıq, eləcə də gələcək birgə təşəbbüslərə dair planlar, hərbi aviasiya sənayesinin inkişaf etdirilməsinə dair müzakirə apardıqları bildirilib.
Türkiyə nümayəndə heyəti hərbi təyyarələrin modernizasiya edildiyi Tbilisi Təyyarə Zavodu ilə tanış olublar.