• 29 Mart 2024
logo
“Anka-Aksungur” silahlı PUA Türkiyə ordusunun istifadəsinə verilib

“Anka-Aksungur” silahlı PUA Türkiyə ordusunun istifadəsinə verilib

Türkiyə Aviasiya və Kosmik Sənayesi tərəfindən hazırlanan “Anka-Aksungur” silahlı pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib.
Bunu bu gün Türkiyə müdafiə sənayesi naziri İsmail Dəmir bildirib.
İ. Dəmir qeyd edib ki, “Anka-Aksungur” bütün testlərdən uğurla çıxıb və ilk belə silahlı pilotsuz aparat Türkiyə Dəniz Qüvvələri Komandanlığına təqdim edilib.
“Anka-Aksungur” 750 kq faydalı yük götürür, 50 saat havada qalır.
Qeyd edək ki, “Anka-Aksungur”-un12 m (39 fut) uzunluğu və 3 m (9,8 fut) hündürlüyü var. Yüksək quraşdırılmış qanadlarf və 24 m (79 fut) qanad sahəsinə malikdir. PUA-nın gövdə mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədədir. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kq ağırlığında yük daşımaq üçün nəzərdə tutulur. “Aksungur” TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, “Roketsan Cirit”, MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etmək qabiliyyətinə malikdir.