• 20 Aprel 2024
logo
Türk Şurasının Baş katibi Azərbaycan xalqını təbrik edib

Türk Şurasının Baş katibi Azərbaycan xalqını təbrik edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Təşkilatın verdiyi xəbərə görə, Baş katib bildirib ki, Türk Şurası 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının yanında olub.
“Bu gün Türk Şurasına sədrlik edən, qurucu üzvümüz Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünü qeyd edirik. Bu əlamətdar hadisə münasibətilə qardaş Azərbaycan hökumətini və xalqını təbrik edirəm. Şükürlər olsun ki, bu il oktyabrın 18-i tarixində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusunun yazdığı şanlı tarixə şahidlik edir, bu günü qürur və xoşbəxtliklə qeyd edirik. Azərbaycanın 30 ildə keçdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyiş, Azərbaycanın bölgədə və ondan kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı mühüm rol, Türk dünyasının birlik və həmrəyliyini inkişaf etdirmək səyləri təkcə Türk dünyası tərəfindən deyil, bütün dünya tərəfindən təqdir olunur. Qurucu üzvümüz Azərbaycan son iki ildə böyük bir müvəffəqiyyətlə həyata keçirdiyi sədrliyi 2021-ci ilin noyabrında Türkiyəyə təhvil verməyə hazırlaşır. Türk Şurasını konkret nailiyyətlərlə yeni bir dövrə daşıyan bu məhsuldar dövrdə fasiləsiz dəstəyə görə başda hörmətli Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinə minnətdarlığımızı bildirmək istərdik. Bu münasibətlə səmimi təbriklərimi bir daha dilə gətirərək, Azərbaycan xalqına ölkənin hər tərəfində dalğalanan şanlı bayraq altında firavan və parlaq gələcək arzulayıram”, - Baş katib qeyd edib.