• 19 Mart 2024
logo
Merkel: “16 ildə Türkiyə ilə əməkdaşlığımızın inkişafına nail olduq”

Merkel: “16 ildə Türkiyə ilə əməkdaşlığımızın inkişafına nail olduq”

“Türkiyə ilə fikir ayrılıqlarımız olsa da, 16 il boyunca əməkdaşlığımızın inkişafına nail olduq”.
Bunu Türkiyəyə səfər edən Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Almaniyada 4 milyona yaxın türkəsilli Almaniya vətəndaşlarının olduğunu vurğulayan A.Merkel bunlar arasında dünya şöhrətli alimlər Uğur Şahin və Özlem Türeci cütlüyünün adlarını çəkib.
İkitərəfli əlaqələr, regional məsələlər, köçkünlər, insan haqları və digər mövzularda görüşün əhatəli keçdiyini və əhəmiyyətini dəyərləndirən A.Merkel bildirib ki, “G-20” ölkələrinin zirvə sammitində Almaniya Türkiyənin ekologiya dostu olaraq dəstəkləyəcək.