• 4 Dekabr 2021
logo
Ərdoğan: “Türkiyə əfqan xalqına lazım olan hər cür dəstəyi verəcək”

Ərdoğan: “Türkiyə əfqan xalqına lazım olan hər cür dəstəyi verəcək”

“Taliban artıq dünya miqyasında özünü tanıtmağa cəhd göstərir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə ötən gün baş tutmuş səfərinə də münasibət bildirib.
Ərdoğan qeyd edib ki, Taliban hökuməti humanitar yardım və digər məsələlərlə bağlı Türkiyədən dəstək istəyib.
"Türkiyə əfqan xalqına lazım olan hər cür dəstəyi verəcək", - Türkiyə dövlət başçısı vurğulayıb.