• 19 Aprel 2024
logo
Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağına dair məsələyə münasibət bildirib

Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağına dair məsələyə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağına dair məsələyə münasibət bildirib.
Cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Türkiyə ABŞ-ın da dəstəklədiyi terror təşkilatlarına qarşı mübarizə aparmaqda qətiyyətlidir.
O, PKK/YPG terror təşkilatı tərəfindən Suriyadan edilən son hücum nəticəsində iki polisin şəhid olduğunu xatırladıb.
“Bundan sonrakı prosesdə mübarizəmiz çox daha fərqli şəkildə davam edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.