• 26 Oktyabr 2021
logo
Budapeştdə Türk Şurası nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Budapeştdə Türk Şurası nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Oktyabrın 14-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nəqliyyat nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.
Türk Şurasının Baş katibi Bağdad Amreyevin sədrliyi ilə keçiriləcək görüşə AKP sədrinin müavini Binəli Yıldırım fəxri qonaq qismində qatılacaq.
Nazirlər “Postpandemiya dövründə Transxəzər Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üçün görüləcək tədbirlər”, “Yol Ticarət Karvanı” mövzularında müzakirələr aparacaqlar. Nazirlər "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Üzv Dövlətlər arasında Beynəlxalq Qarışıq Yük Nəqliyyatına dair Saziş", üzv dövlətlər arasında nəqliyyat və tranzit prosedurların rəqəmsallaşdırılmasını da müzakirə edəcəklər.
Görüşün sonunda Türkiyənin Mersin Limanı, Özbəkistanın Universal Logistika Xidmətləri (Daşkənd), "Axtaçi" (Əndican) və "Termez Yük Mərkəzi"nin (Surxandərya) Türk Şurasına Üzv Dövlətlərin Qardaş Liman Əlaqələri və Limanları Arasında İşbirliyi Anlaşmasına qoşulması üçün imzalanma mərasimi olacaq.