• 25 Aprel 2024
logo
Güney Azərbaycanda xərçəng xəstəliyi geniş yayılıb

Güney Azərbaycanda xərçəng xəstəliyi geniş yayılıb

Güney Azərbaycan bölgələrində onkoloji xəstəliklər geniş yayılıb. Bu barədə Tehran Tibb Elmləri Universiteti, Gastroenterologiya və Qaraciyər Xəstəlikləri Araşdırma İnstitutunun direktoru Rza Məlikzadə açıqlama verib.
Rza Məlikzadə mətbuata verdiyi açıqlamada bildirib ki, ölkənin şimal-qərb bölgəsində xərçəng xəstəliyi daha sürətli yayılır.
Direktor amansız xəstəliyi sunamiyə bənzədib.
O, bildirib ki, mədə xərçəngi xəstəliyi üzrə 30 əyalət arasında statistik qeydiyyat aparılıb və ümumi olaraq illik 10 min nəfərin mədə xərçənginə yoluxduğunu məlum olub.
R.Məlikzadə əyalətlər arasında şimal-qərb əyalətlərində mədə xərçənginə yoluxanların əksəriyyət təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, sonrakı yerləri şimal, qərb, cənub və mərkəz əyalətləri bölüşdürür.
İranın Səhiyyə Nazirliyinin Araşdırmalar Mərkəzi də məlumatı təsdiqləyib və şimal-qərb əyalətlərində yayqın olan mədə xərçənginin ölkənin cənub bölgələrinə nisbətdə olduqca yayğın olduğu bildirilib.
Gunaz.tv