• 25 Aprel 2024
logo
Təbrizdə 6 milli fəal mühakimə olunacaq

Təbrizdə 6 milli fəal mühakimə olunacaq

İyulun 24-də əl-Əhvaz ərəblərinə dəstək məqsədilə Təbrizdə keçirilən aksiya ilə bağlı saxlanılan 6 fəallın cinayət işi Təbrizin “Şəhid Mədəni İkinci Kompleksi”nin 111-ci cəza bölməsinə göndərilib.
Məhkəmənin elektron sistemində yayılan məlumatda Nadir Sadiqiyani, Yusif Sələhşur, Vəhid Əbhəri, Əmir Səttari, Şahin Bərzgər və Məhəmməd Muradiyənin "dosye"sinin bir hissəsinin adıçəkilən məhkəməyə göndərildiyi qeyd olunur.
Bildirişdə qeyd olunur ki, onların hansı tarixdə müraciət etmələri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.
Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Gunaz.tv