• 28 Mart 2024
logo
İran parlamentinin təhlükəsizlik komissiyasının üzvləri Azərbaycanla sərhədə gəldi

İran parlamentinin təhlükəsizlik komissiyasının üzvləri Azərbaycanla sərhədə gəldi

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasınnın üzvləri Azərbaycanla sərhəddə görüş keçiriblər.
Bu barədə İran parlamentinin Təhlükəsizlik Komitəsinin sədri Həsən Himməti məlumat verib.
Həsən Himməti oktyabrın 11-də mətbuata verdiyi açıqlamada Təhlükəsizlik Komissiyasının üzvlərinin İranın şimal-qərb bölgəsinə 3 günlük səfərə başladığını və bölgənin təhlükəsizlik və sərhəd problemlərini araşdırmaq niyyətində olduqlarını deyib.
“Bu səfər zamanı ölkənin şimal-qərb sərhəd bölgələrində, xüsusən də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə, təhlükəsizlik vəziyyəti, eləcə də hərbi və hüquq-mühafizə qüvvələrinin yerləşdirilməsi araşdırılacaq”-deyə, H.Himməti bildirib.
O, deyib ki, sözügedən bölgədə, xüsusilə Şərqi və Qərbi Azərbaycan əyalətlərinin sərhədlərində hərbi və müdafiə gücünün yoxlanılması nəzərdə tutulur.
Həsən Himməti komissiya üzvlərinin səfərində məqsəd “Xeybər fatehləri” hərbi təlimləri ilə bağlı hesabat hazırlamaqdır.
Gunaz.tv