• 28 Sentyabr 2022
logo
Hulusi Akar Gürcüstanda səfərdədir

Hulusi Akar Gürcüstanda səfərdədir - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Gürcüstana səfər edib.
Gürcüstanın Hökumət Administrasiyasının verdiyi xəbərə görə, H. Akar Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.
Səfər çərçivəsində H. Akar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüş zamanı tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın və yaxın ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, Türkiyənin onilliklər boyunca təmin etdiyi praktiki yardımları Gürcüstan Silahlı Qüvvələrinin inkişafında xüsusi rol oynayıb.
Görüş zamanı çoxmillətli birgə hərbi təlimlərin müdafiə mexanizmlərinin gücləndirilməsi və təhdidlərin qarşısının alınması baxımından önəmi vurğulanıb.
Baş Nazir İ. Qaribaşvili Türkiyə müdafiə nazirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə təşəkkür edib. Tərəflər regiondakı vəziyyət və təhlüəsizlik məsələlərini də müzakirə ediblər.
Bildirilib ki, Gürcüstan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həllini alqışlayır və bunun alternativi yoxdur.