• 27 Sentyabr 2022
logo
Türkiyədə bu gün koronavirusdan 210 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 210 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 210 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 35 352 nəfər test edilib, onların 28 873-nün koronavirus testi pozitiv nəticə verib, 26 224 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 109 925 744 peyvənd tətbiq edilib ki, bunun 86,90 faizi birinci mərhələ vaksinasiya olunanlardır.