• 20 Aprel 2024
logo
Bosforda Rusiya və Türkiyənin yük gəmiləri toqquşub

Bosforda Rusiya və Türkiyənin yük gəmiləri toqquşub - YENİLƏNİB

Bosfor boğazında Rusiyaya məxsus "Rusiç-10" və Türkiyənin "Tahsin İmamoğlu" quru yük gəmiləri toqquşub.
Bu barədə Türkiyənin sahil xidmətinin açıqlamasında deyilir.
"Toqquşma nəticəsində ölən və ya yaralanan olmayıb, zərər yalnız birbaşa gəmilərə dəyib. Hadisə yerinə mühafizə yedəkləri göndərilib", - açıqlamada bildirilir.
***
11:11

Bosfor boğazında Rusiyanın quru yük gəmisi Türkiyə gəmisi ilə toqquşub.
Bu barədə Türkiyənin sahil xidməti xəbər verir.
Ölən və yaralananların olmadığı bildirilir.