• 28 Mart 2024
logo
Ərdoğan: “Suriyada Putindən gözləntilərim çox fərqlidir”

Ərdoğan: “Suriyada Putindən gözləntilərim çox fərqlidir”

“Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərim var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyənin həmrəylik içində olmasının vacibliyini müzakirə edəcəyini vurğulayıb: “Suriyada Purindən gözləntilərim çox fərqlidir. Bu mübarizəni cənubda birgə aparmağımız lazımdır. Hazırda göründüyü kimi, Amerika Suriya ilə münasibətilərində çox da maraqlı deyil. Bölgədə də Türkiyə, İran, Rusiya var. Bu bölgədə də bir sülh şəraiti yaratmağımızı müzakirə etməyimiz vacibdir”.
Onun sözlərinə görə, Türkiyənin ikitərəfli münasibtlərinin daha da inkişaf etdirilmə cəhdləri var: “Əgər hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşması lazımdır”.