• 24 Sentyabr 2020
logo
Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı

Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı

Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılan şəxslər Pakistan, Əfqanıstan, Banqladeş və bir sıra Şimali Afrika ölkələri vətəndaşları olub.
Saxlanılan miqrantlar arasında 14 qadın və 15 uşaq da var. Onların Türkiyədən deportasiya olunacaqları bildirilib.