• 24 Aprel 2024
logo
Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirib

Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirib - YENİLƏNİB 

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri “Teknofest” texnologiya festivalında İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
Uçuşda 15 təyyarə iştirak edib.
Türkiyə Hərbi Hava Qüvvələri donanmasında F-16, F-4 və Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri uçuşda iştirak edib.
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.
***
12.04

Bu gün Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmasında uçuş edəcək.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” səhifəsində bildirilib.
“Bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) Türkiyə Hava Qüvvələrinin təyyarələri ilə Azərbaycan Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək”, - deyə qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.