Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorizmlə mübarizəni davam etdirir.
Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Barış bulağı” bölgəsinə hücum etməyə cəhd edən terrorçulara qarşı əməliyyat həyata keçirilib.
Türkiyə xüsusi təyinatlılarının əməliyyatı nəticəsində 10 PKK/PYD terrorçusu məhv edilib.