• 25 Aprel 2024
logo
Türkiyədə azərbaycanlı qadın öldürülüb

Türkiyədə azərbaycanlı qadın öldürülüb

Türkiyədə 53 yaşlı azərbaycanlı qadının tanışı tərəfindən qətlə yetirildiyi üzə çıxıb.
Hadisə sentyabrın 17-dən 18-nə keçən gecə Nevşehirin Avanos rayonunda baş verib.
İki uşaq anası Təranə Yaman evinə getdiyi 67 yaşlı tanışı Duran Aşar tərəfindən öldürülüb. Duran Aşar Təranə Yamana tüfənglə atəş açıb. Daha sonra Duran Aşarın Kayseriyə getdiyi, özünü qatarın altına ataraq intihar etdiyi məlum olub.