• 8 May 2024
logo
Qəzvin bağlarında yanğın baş verib

Qəzvin bağlarında yanğın baş verib

Qəzvin əyalətinin Ələmut mahalının 3 bölgəsində meyvə bağlarında güclü yanğın baş verib.
Bu barədə Qəzvin əyaləti valiliyinin böhran idarəetmə mərkəzinin rəhbəri Qudrətullah Mehdixani məlumat verib.
O, mətbuta verdiyi açıqlamada iki bölgədə yanğının qarşısının vaxtında alındığını bildirib.
Qudrətullah Mehdixaninin sözlərinə görə, Atan kəndi ərazisində isə yolun çətinliyinə görə yanğınsöndürmə texnikası müdaxilə edə bilməyib.
Yanğının 5 saat davam etdiyini və 12 hektar qoz və gilas bağlarının yanaraq məhv olduğunu vurğulayan Qudrətullah Mehdixani dəyən ziyana görə dövlətin kəndlilərə yardım etməyəcəyini söyləyib.
“Bu gözlənilməz hadisə sayılmadığı, kəndlilər bağlarını siğorta etdirmədikləri üçün üçün dövlət bağ yiyələrinə heç bir kompensasiya ödəməyəcək”-deyə, bildirib.
Gunaz.tv