• 20 Aprel 2024
logo
Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır. Güney Azərbaycanın bir çox bölgələrində olduğu kimi yerli xeyriyyəçilər Heris bölgəsində təhsil ocaqlarının tikintisini öz üzərlərinə götürüblər.
Sentyabrın 17-də Herisin mahalının Xoca şəhərinin Saray kəndində yerli xeyriyyəçilər tərəfindən inşa edilmiş 8 sinifdən ibarət yeni məktəbin açılışı olub.
500 kvadratmetr sahədə tikilən və toplam 3 milyard 600 milyon tümən vəsait hesabına başa gələn məktəbin tikintisi 3 yerli xeyriyyəçi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, adı çəkilən bölgədə mövcud olan yeni məktəblərin 70 faizi yerli xeyriyyəçilər tərəfindən tikilib.
Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.
Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağını deyiblər.
Gunaz.tv