• 29 Mart 2024
logo
Ərdoğan açıqladı: Türkiyə iqtisadiyyatında rekord...

Ərdoğan açıqladı: Türkiyə iqtisadiyyatında rekord...

Türkiyə aylıq, 6 aylıq və illik olaraq Cümhuriyyət tarixində ən yüksək ixracat rəqəmlərinə çatıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Türkiyənin illik ixracatı ilk dəfə 200 milyard dolları keçib:
“Sentyabrın 17-dən etibarən Türkiyənin illik ixracatı 211 milyard dollarla rekord qırıb.
İkinci rübdə 21,7 faiz rekord artımla inkişaf edən Türkiyə iqtisadiyyatının bu uğuruna məhsul və xidmət ixracatının qatqısı 10,8 bal oldu. Dünyada Türkiyə iqtisadiyyatının inkişaf göstəricisinə az sayda nümunə mövcuddur”.