• 26 Oktyabr 2021
logo
Türkiyə: AB üzvlərinin bu bəyanatı qərəzlidir

Türkiyə: AB üzvlərinin bu bəyanatı qərəzlidir

Türkiyə hesab edir ki, bəzi Avropa ölkələrinin dövlət başçılarının Kiprlə bağlı qəbul etdiyi Afina bəyanatı qərəzlidir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
O, bu qərarın reallıqdan uzaq olduğunu söyləyib.
Qeyd edək ki, AB-nin 9 ölkəsi – Fransa, Yunanıstan, İspaniya, İtaliya, Xorvatiya, Kipr, Malta, Portuqaliya və Sloveniya Kipr probleminin iki zonalı federasiya əsasında həll edilməsi barədə bəyanat qəbul edib. Onlar iki dövlət haqqında istənilən təklifin qəbuledilməz olduğunu bildiriblər.