• 24 Aprel 2024
logo
Qaşqay türklərinin tanınmış şairi vəfat edib

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

Qaşqay türklərinin tanınmış mədəniyyət xadimi və şairi Həmrah Danişvər 75 yaşında vəaf edib.
H. Danişvər 1945-ci ildə dünyaya gəlib. Məşhur küşkul tayfasına mənsubdur.
İlk təhsilini aldıqdan sonra 1975-ci ildə Şiraz Universitetində təhsilini davam etdirib və qaşqay türklərinin çoxunluq təşkil etdiyi Firuzabad şəhərində yaşayıb.
Həmrah Danişvərin türkcə şeirlərinin bir hissəsindən ibarət “İncim, düzül” kitabı nəşr olunub.
Qeyd edək ki, İranda 3 milyondan çox Qaşqay türkü yaşayır.
Onlar sıx şəkildə əsasən Kohkiluy və Boyer Əhməd, Çahar Mahal və Bəxtiyari, İsfahan, Fars, Ələhvaz və Buşehr əyalətlərində məskunlaşıb.
Onlar sistemli olaraq asimiliyasiyaya məruz qalır. 2016-cı ildə Qaşqay şairi Məzun Qaşqayinin Şirazdakı məqbərəsi rəsmi dövlət qurumlarının göstərişi ilə dağıdılıb.
Gunaz.tv