• 26 Aprel 2024
logo
Türkiyə-İran sərhədi açıldı

Türkiyə-İran sərhədi açıldı

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb.
Sentyabrın 16-dan etibarən Kapıköy sərhəd-keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin gediş-gəlişi bərpa olunub.
Bildirilib ki, keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün olacaq.
Bundan əlavə, Gürbulak və Əsəndərə sərhəd-keçid məntəqələrindən də buraxılış bərpa olunub.