• 26 Aprel 2024
logo
Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

Sentyabrın 15-də təbrizli milli-mədəni fəallar Vəhid Əbhəri barəsində məhkəmə qərarı çıxarılıb.
Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi milli-mədəni fəala qarşı “hökumətə qarşı təbliğat” və “telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” ittihamları üzrə qərar verib.
Milli fəala qarşı irəli sürülmüş “hökumətə qarşı təbliğat” ittihamını yetərli fakt və süburların olmadığı üçün ləğv edilib.
"Telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” ittihamına görə isə onun yenidən məhkəməyə çıxarılması barədə hökm oxunub
Vəhid Əbhəri 22 iyul tarixlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 11 avqusta kimi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülüb.
O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq dindirilib və 5 gün sonra sərbəst buraxılıb.
O, 2017 və 2019-cu illərdə də Babək qalasına yürüş və mərhum milli fəal Qulamrza Amaninin anım günün mərasimlərinə qatıldığı üçün həbs olunub.
Əbhəri bunlarla yanaşı 2019-cu ilin noyabr ayında yanacağın qiymətinin bahalaşmasına qarşı etiraz mitinqlərində və 2020-ci ildə ikinci Qarabağ müharibəsi dövründə İranın Ermənistana yardımlarına etiraz aksiyalarında iştirak etdiyi üçün saxlanılıb.
O, son olaraq iyulun 24-də Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz (Xuzistan) etirazlarına dəstək aksiyası ilə bağlı həbs olunub.
Gunaz.tv