• 18 Aprel 2024
logo
Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

Qərbi Azərbaycan əyalətinin Təhsil Baş İdarəsinin rəhbəri Məhin Mənafi əyalətdə təhsil işçilərinin və yerlərinin çatışmadığını deyib.
Məhin Mənafi deyib ki, əyalətdə təhsilin əsas problemlərindən biri normal və yetərli təhsil ocaqlarının olmamasıdır.
“Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi hər şagirdə görə 4,05 kvadratmetrdir.
Bu ölkədə təhsil üçün hər şagirdə düşən ortalama səviyyədən azdır. Bir sıra bölgələrdə, o cümlədən Piranşəhrdə hər şagird üçün ortalama təhsil yeri 1.7 kvadratmetrdir”-deyə, M.Mənafi bildirib.
Təhsil Baş İdarəsinin rəhbəri hazırda əyalətdə 8600 təhsil işçisinin çatışmadığını deyib.
Onun sözlərinə görə, bu problem təqaüdə çıxanlar və müvəqqəti müqavilə ilə işə cəlb edilən işçilər vasitəsilə həll edilir.
Məhin Mənafi ötən təhsil ilində Qərbi Azərbaycanda 324 min şagirdin ibtidayi məktəblərdə təhsil aldığını deyib.
O, əyalətdə, xüsusilə güney bölgələrində 400 kaneks (konteyner) məktəbin hələ də fəaliyyət göstərdiyini bildirib.
Təhsil Baş İdarəsinin rəhbəri əyalətdə olan 5150 məktəbin 60 fazinin, yəni 3024 məktəbin kəndlərdə, qalan məktəblərin isə şəhərlərdə fəaliyyət göstərdiyini söyləyib.
Gunaz.tv